|
İdman / 21.12.2008 14:13 Maikon "İnter"ə qələbə qazandırdı
Futbol üzrə İtaliya çempionatının lideri çempionatın 17-ci turunda səfərdə "Siena" klubunu 2-1 hesabı ilə məğlub edib
Futbol üzrə İtaliya çempionatının lideri “İnter” çempionatın 17-ci turunda səfərdə “Siena” klubu ilə qarşılaşıb. Son turlarda məğlubiyyət üzü görməyən Joze Mauriniyonun yetirmələri, öz meydanında uğurlu nəticələr əldə edən “Siena” qarşısında 34-cü dəqiqədə Maikonun qolu ilə 0-1 önə keçir. Birinci hissənin son dəqiqəsində Karja hesabı bərabərləşdirir 1-1. Hamı “İnter”in 7 matçlık qələbə seriyasının qırılacağını düşündüyü anda yenə Maikon fərqlənir 1-2. Matç “İnter”in 2-1 hesablı qələbəsi ilə başa çatır. Bu qələbədən sonra xallarını 42-yə yüksəldən “İnter” “Yuventus”la xal fərqini 9-a çatdırdı. Günün digər matçında "Latsio" öz meydanında "Palermo"nu 1-0 hesabı ilə məğlub edib.
Siena [1 - 2] İnter 34' [0 - 1] Maikon 44' [1 - 1] Karja 83' [1 - 2] Maikon
Futbol üzrə İtaliya çempionatında bu gün keçiriləcək qarşılaşmaların təqvimi belədir:
21 Dekabr Atalanta – Yuventus Kalyari – Reccina Katania – Roma Kievo – Cenoa Lecce – Bolonia Sampdoria – Fiorentina Torino – Napoli Milan – Udineze /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|