|
İdman / 21.12.2008 15:03 David Vilya 127 milyon avro
Ulduz futbolçunun transfer qiyməti açıqlanıb
İspaniya millisinin və "Valensiya" klubunun ulduz futbolçusu David Vilyanın qiyməti açıqlanıb. İspan klubu, ulduz futbolçunun transfer qiymətinin 127 milyon avro olduğunu açıqlayıb. Qeyd edək ki, son günlərdə David Vilyanın İngiltərənin "Mançestr Siti" klubuna transfer olunacağı ilə bağlı xəbərlər yayılmışdı. İngilis klubunun bununla bağlı qərarı maraqla gözlənilir. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|