|
Hadisə / 21.12.2008 14:23 Sədərək Ticarət Mərkəzindəki yanğında bir yanğınsöndürən xəsarət alıb
Yanğının söndürülməsinə helikopterlər cəlb edilib
Sədərək Ticarət Mərkəzindəki yanğınla mübarizə üçün helikopterlər cəlb ediləcək. ANS PRESS-in məlumatına görə, artıq helikopterlər bazadan qalxıblar və ticarət mərkəzinə gəlirlər. Hazırda 20-yə yaxın yanğınsöndürən maşın alovların böyüməsinin qarşısını almağa çalışır. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də hadisə yerindədir. Bu vaxta kimi olan məlumata görə, səhər saat 11 radələrində başlamış yanğın nəticəsində 30-dan artıq dükan yanıb. Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin bir əməkdaşı xəsarət alıb. İlkin ehtimallar görə, yanğına səbəb qısaqapanma olub. Qeyd edək ki, yanğın ticarət mərkəzinin Şirniyyat bazarı adlanan hissəsində başlayıb. Adıçəkilən ərazidə parfümeriya, yeni il oyuncaqları satılan dükanlar var. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|