|
Hadisə / 21.12.2008 11:50 Sədərək Ticarət Mərkəzindəki şirniyyat bazarı yanır
Hadisə yerində FHN Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını işləyir
Bu gün səhər saat 11-radələrində Sədərək Ticarət Mərkəzində yanğın baş verib. Şahidlərin sözlərinə görə, hadisə ticarət mərkəzinin şirniyyat bazarı adlanan hissəsində başlayıb və hazırda davam edir. Satıcılar yanğına səbəb kimi dükanlardan birində olan qısaqapanmanın olduğunu düşünürlər. Hazırda alovlar bir necə dükanı bürüyüb. Hadisə yerində Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını işləyir. Hələlik alovun qarşısı alınmayıb. Xəsarət alanlar barədə hər hansı məlumat yoxdur. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|