|
İdman / 21.12.2008 12:05 Devid Bekhem rəsmən "Milan"da
“Milan”da icarə əsasında çıxış edəcək ulduz futbolçu klub prezidenti Adriano Qalliani ilə birlikdə yeni formasını nümayiş etdirib
İspaniyanın “Real Madrid” klubundan ayrıldıqdan sonra futbol həyatına ABŞ-ın “Los Ancles Qalaksi” klubunda davam edən ingiltərəli ulduz futbolçu Devid Bekhem ABŞ Milli çempionatındakı (MLS) fasilədən istifadə edərək İtaliyanın “Milan” klubu ilə 2 ay yarılmlıq rəsmi müqavilə imzalayıb. “Milan”da icarə əsasında çıxış edəcək ulduz futbolçu, klub prezidenti Adriano Qalliani ilə birlikdə yeni formasını media nümayəndələrinə nümayiş etdirib. Fabio Kapellonun İngiltərə Milli komandasının baş məşqçisi keçməsindən sonra millinin heyətinə çağrılmayan Bekhem “Milan”da özünü yaxşı tərəfdən göstərərək yenidən millinin heyətinə çağrılmaq istəyir. İngilətrəli ulduz futbolçu, yeni komandası ilə ilk məşqinə yeni il tətilindən sonra Dubayda keçiriləcək təlim-məşq toplanışında çıxacaq. 33 yaşlı ingilis futbolçu “Milan”da 32 nömrə altında çıxış edəcək. Qeyd edək ki, Devid Bekhemin “Milan”la müqaviləsi 9 Mart 2009-da başa çatacaq və ingilis futbolçu yenidən “Los Ancles Qalaksi” klubuna geri dönəcək. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|