|
İdman / 21.12.2008 11:12 Şahmat üzrə FİDE qran prisində 6-cı turun görüşləri keçirilib
Yarışda mübarizə aparan hər üç şahmatçımız rəqibləri ilə heç-heçə oynayıb
Rusiyanın Elista şəhərində davam edən şahmat üzrə FİDE qran prisində 6-cı turun görüşləri keçirilib. Yarışda mübarizə aparan hər üç şahmatçımız rəqibləri ilə heç-heçə oynayıb. Teymur Rəcəbov rusiyalı Dmitri Yakovenko, Şəhriyar Məmmədyarov macarıstanlı Peter Leko, Vüqar Həşimov isə bolqarıstanlı İvan Çeparinovla xalları yarı bölüb. 6 turdan sonra hesabında 4 xalı olan Teymur Rəcəbovla, Vüqar Həşimov turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıb. 3 xalı olan Şəhriyar Məmmədyarov isə 6-8-ci yerləri bölüşdürür. Turnirin 7-ci turundə Vüqar Həşimov fransalı Etien Bakro, Teymur Rəcəbov rusiyalı Ernesto İnarkiyev, Şəhriyar Məmmədyarov Dmitri Yakovenko ilə qarşılaşacaq. Qeyd edək ki, dekabrın 13-də Rusiyanın Elista şəhərində start götürən şahmat üzrə FİDE qran prisinə dekabrın 29-da yekun vurulacaq. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|