|
Hadisə / 21.12.2008 10:03 Azərbaycanda təhsil alan xarici tələbələrin Qarabağ səfəri başa çatıb
Beynəlxalq Avrasiya Mətbuat Fondunun direktoru Umud Mirzəyev
gələcəkdə Azərbaycanda təhsil alan xarici və yerli tələbələri ön cəbhədə yerləşən hərbi hissələrə aparmağı da planlaşdırır
Azərbaycanda təhsil alan 12 ölkədən 25 xarici tələbənin «Qaçqın, köçkün probleminə yeni yanaşma» layihəsi çərçivəsində «Geriyə yurda doğru» devizi ilə Qarabağa həftə əvvəlindən başlanan səfərləri yekunlaşıb. Səfərin məqsədi Azərbaycanda təhsil alan xarici tələbələr arasında Ermənistanın işğalçı dövlət olduğunu və işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq insanın öz yurd-yuvalarından didərgin düşərək, məcburi köçkünə çevrilməsini göstərmək olub. Xarici tələbələr isə öz növbələrində Azərbaycanın işğal olunmuş ərazilərində oxuduqları və eşitdiklərinin bu həftə şahidi olublar. Beynəlxalq Avrasiya mətbuat fondunun direktoru Umud Mirzəyevin sözlərinə görə, səfər zamanı tələbələrə ərazilər barədə məlumat verəndə və köçkünlərlə görüşdürəndə onlar arasında kövrələrək ağlayanlar da olub. O, gələcəkdə də bu cür səfərlər təşkil olunacağını və hətta Azərbaycanda təhsil alan xarici və yerli tələbələri ön cəbhədə yerləşən hərbi hissələrə aparmağıda planlaşdırıdığını bildirib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|