|
Hadisə / 20.12.2008 23:09 «Prajskaya» bazarındakı partlayışda şübhəli bilinənlər axtarılır
Şahidlər bildiriblər ki, partlayışdan əvvəl iki kişi ticarət köşkünün yaxınlığını bağlama qoyub, bundan az sonra isə partlayış baş verib
Moskva milisi «Pracskaya» bazarında baş vermiş partlayaşın törədilməsində şübhəli bilinən iki nəfəri axtarır. ANS PRESS-in məlumatına görə, bunu RİA «Novosti»-yə Rusiya paytaxtının hüquq-mühafizə orqanlarında deyiblər. Hadisənin şahidləri bildiriblər ki, partlayışdan əvvəl oradan keçən iki kişi ticarət köşkünün yaxınlığını bağlama qoyub, bundan az sonra isə partlayış baş verib. Şahidlərin ifadələri əsasında hər iki şəxsin portreti hazırlanıb və milis patrullarına paylanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, əldəqayırma partlayıcı, alümin tozu və ammonyaklı şoradan ibarət olub. Xatırladaq ki, bir neçə saat əvvəl Moskvanın qərbindəki «Prajskaya» metrostansiyasının yaxınlığındakı yarmarkada partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər, o cümlədən, 8 yaşlı uşaq xəsarət alıb. Amma Ümumrusiya Azərbaycanlıları Konqresindən hadisədən bir qədər sonra ANS PRESS-ə bildiriblər ki, xəsarət alanlar arasında azərbaycanlı yoxdur. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|