|
Hadisə / 20.12.2008 22:03 Yunan anarxistləri Salonikidə dörd radiostansiyanı ələ keçirib
Onlar ölkənin ikinci böyük şəhərinin mərkəzi kinoteatrını da nəzarətə götürüb
Yunanıstan anarxistləri Saloniki şəhərində bu gün dörd radiostansiya və kinoteatrı ələ keçirib. Məlumatına Afina xəbər agentliyi yayıb. Məlumata görə, hakimiyyətə qarşı olan fəallardan bir qrupu Zoo Radio, Ellinikos Fm, Star Fm i Plus radiostansiyalarına daxil olaraq, polislər tərəfindən qətlə yetirilmiş 15 yaşlı yeniyetmə ilə bağlı materialın efirə verilməsini tələb ediblər. Anarxistlər həmçinin Saloniki beynəlxalq kino festifalının mərkəzi olan "Olimpion" kinoteatrını ələ keçiriblər. Onlar bəyan ediblər ki, kinoteatrda özləri tərəfindən hazırlanmış filmlər nümayiş olunacaq. Polis, baş verənlərə müdaxilə etməyib. Qeyd edək ki, anarxistlər bu gün Salonikinin meri Vasilis Papaqeorqopulosa da şirniyyət atıblar. Həmin vaxt mer şəhərin mərkəzində əlil uşaqlara şirniyyat və hədiyyə paylayırmış. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|