|
İqtisadiyyat / 21.12.2008 11:07 Bərdə və Ağcabədi rayonlarında pambıq sahələri 50% azalıb
Buna səbəb ağ qızılın qiymətinin aşağı olmasıdır
Pambığın qiymətinin aşağı olması son 1 ildə Bərdə və Ağcabədi rayonlarında ağ qızıl əkilən sahələrin 40-50% azalmasına səbəb olub. Bu il əhalidən pambıq 33 qəpiyə tədarük olunub. Fermerlərin sözlərinə görə, bu rəqəm məhsulun maya dəyərini belə ödəmir. Torpaq sahibləri yalnız zavodların borcunu ödəyə bilir. Fermerlərin bir qismi isə hətta pambıq zavodlarından avans olaraq aldırları vəsaiti belə ödəyə bilmir. Nəticədə zavodlar fermerləri məhkəməyə verir. Qeyd edək ki, ötən il Ağcabədidə 4500 ha sahəyə pambıq əkilsədə, bu il bu rəqəm 3200-ə düşüb. Məhsuldarlıq da 15 sentnerdən 8 sentnerə enib. Rayon icra hakimiyyətiin aqrar bölməsindən verilən məlumata görə, bu da qiymətin aşağı olması ilə əlaqədardır. Xatırladaq ki, bu rayonlarda vaxtilə 10 minlərlə ha pambıq əkilib və 100 min tondan artıq məhsul götürülüb. Son illərdə isə həm pambıq əkilən sahələrin miqdarı azalıb həm də məhsuldarlıq aşağı düşüb. Anoloji vəziyyət Bərdədə də hökm sürür. Rayonda pambıq əkilən sahələr illər üzrə azalır. Rayon icra hakimiyyətinin aqrar bölməsinin rəhbəri Məzahir Qasımovun sözlərinə görə, hazırda ağ qızılın maya dəyəri onu alış qiymətidə yüksəkdir. Bu da fermerləri bitkii becərilməsinə çəkilən xərcləri azaltmağa vadar edir .Nəticədə məhsuldarlıq aşağı düşür. Vaxtilə Bərdədə hər hektardan ən az 35 s məhsul götürülürdüsə, bu il həmin rəqəm 15 s olub. Mütəxəssislər isə vəziyyətdən çıxış yolunu ağ qızılın qiymətinin artırılmasında görür. Belə ki, bu il pambığı qiyməti 45-50 qəpikdən aşağı olduğu təqdirdə ölkəyə valyuta gətirən strateji əhəmiyyətli məhsul Qırmızı kitaba düşə bilər./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|