|
Hərb / 20.12.2008 18:11 İraq parlamenti Böyük Britaniyaya «yox» deyir
İraq hökuməti yeni ildən öz ərazisində Böyük Britaniya hərbi qüvvələrinin qalmağına etiraz etdi.
İraqlı millət vəkilləri böyük səs çoxluğu ilə xarici dövlətlərin hərbi qüvvələrinin manadatının uzadılması haqqında qanun layihəsini qəbul etməyiblər. Böyük Britaniya qoşunlarının İraqda qalmasının lehinə 80, əleyhinə 68 millət vəkili səs verib. Kürdləri təmsil edən millət vəkili Fəriəd Ravnduzi BBC-yə bildirib ki, onun və baş nazirin partiyasının qanunu dəıtəkləməsinə baxmayaraq, çoxluq etirazını bildirib. Ravnduzinin sözlərinə görə, əksər deputatlar Böyük Britaniya ilə razılaşmanın ABŞ-la bağlanmış razılaşma əsasında olmasının tərəfdarıdırlar. Həmin sənədə görə, ABŞ qoşunları 2011-ci ilə qədər İraqda qala bilər. Etiraza səbəb olmuş qanun layihəsi əlavə və dəyişiklilklər edilmək üçün İraq hökumətinə göndərilib.
Böyük Britaniyadan başqa İraqda qoşun saxlamaq barədə razılaşma Avstraliya, Rumıniya, Estoniya və Salvadora da aiddir. Ötən həftə Britaniyanın baş naziri Qordon Braun ölkəsinin hərbi kontingentinin 2009-cu ilin iyuluna qədər çıxacağını bildirmişdi. Hazırda İraqın cənubundakı Bəsrə hərbi bazasında 4100 hərbçi var.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|