|
Hadisə / 20.12.2008 17:47 Moskvanın «Prajskaya» bazarında partlayış olub (YENİLƏNİB)
Ümumrusiya Azərbaycanlıları Konqresinin məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar arasında azərbaycanlılar yoxdur
Bu gün Moskvada «Prajskaya» metrosu yaxınlığındakı yarmarkada partlayış baş verib. ANS PRESS, Rusiya informasiya agentliklərinə istinadən xəbər verir ki, Moskvanın qərbində baş vermiş hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Onların şəxsiyyəti və xəsarətlərinin dərəcəsi barədə heç bir məlumat verilməyib. Yalnız o məlumdur ki, zərərçəkənlərdən biri işaqdır. İlkin məlumatlara görə, yarmarkada 100-200 qram trotil gücündə partlayıcı qurğu işə düşüb. Bəzi məlumatla görə, partlatış geyim və pirotexnika məhsullarının satıldığı obyektdə baş verib. Partlayış Bakı vaxtı ilə saat 16.30-da qeydə alınıb. Hadisə yerinə şəhərin operativ xidmətlərinin briqadaları göndərilib. Ümumrusiya Azərbaycanlıları Konqresi hazırda hadisə nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığını dəqiqləşdirmə aparıb. ÜAK-ın icraçı direktoru Eldar Quliyev ANS PRESS-ə bildirib ki, partlayış nəticəsində xasarət alanlar arasında azərbaycanlı yoxdur: "Biz bazardakı azərbaycanlılarla maraqlanmışıq. Onlar bildiriblər ki, partlayış bazarın içərisində yox, kənarda baş verib. Xəsarət alanlar isə alıcılardır"./ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|