|
Siyasət / 20.12.2008 17:18 «Rafiq Həsənov vətənə qayıtmaq istəmədiyini Ermənistanın xüsusi xidmət orqalarının təzyiqi altında söyləyib»
Əsirin atası Rəhman Həsənovun sözlərinə görə, o vətənini satmaz
Ermənistanda əsirlikidə olan Azərbaycan Ordusunun əsgəri Rafiq Həsənov vətənə qayıtmaq istəmədiyini bu ölkənin xüsusi xidmət orqalarının təzyiqi altında söyləyib. Oğlunun dediklərini televiziyada izləyən atası Rəhman Həsənov bu qənaətdədir. «Mən ona baxdım, sanki əlləri titrəyirdi. O tərəf bu tərəfə boylanırdı, o vətənini satmaz. Onun 2 qardaşı da cəbhə bölgəsində xidmət edib. Həmişə də ona nəsihət edirdilər ki, vətəni sev». Atanın sözlərinə görə, dekabrın 12-də oğlundan BQXK vasitəsiylə gələn məktubda o tezliklə vətənə qayıdacağını yazmışdı. Rəhman Həsənov məktubdan 1 həftə sonra oğlunun bu fikirləri yalnız təzyiq altında deyə biləcəyini bildirib. Ağdam Hərbi Komissarlığından hərbi xidmətə çağrılan 1989-cu il təvəllüdlü Rafiq Həsənov bu il oktyabrın 8-də Qazax rayonunun Kəmərli kəndi istiqamətində əsir düşüb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|