|
Kriminal / 20.12.2008 16:42 Cəlilabadda külli miqdarda narkotik satışı ilə məğul olan şəxs həbs olunub
Cəlal Hüseynov 1 kiloqram 215 qram heroini 18000 dollara satarkən tutulub
Cəlilabad rayonunda külli miqdarda narkotik satışı ilə məğul olan şəxs həbs olunub. Daxili İşlər Nazirlyinin məlumaıtına görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Cəlal Hüseynov 1 kiloqram 215 qram heroini 18000 dollara satarkən tutulub. C. Hüseynovun barəində Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik maddəni saxlama, daşıma, hazırlama və ya satma) maddəsi ilə cinayət işi başlanıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|