|
Hadisə / 20.12.2008 16:32 Salyan rayonunda daş-üzlük sexindəki otaqlardan birində partlayış olub
Bir nəfərin ölümü ilə nəticələnən partlayışa İran istehsalı olan qaz balonun səbəb olduğu güman edilir
Bu gecə saat 22-radələrində Salyan rayonundakı 20 yanvar küçəsində yerləşən daş-üzlük sexindəki fəhlələrin soyunub-geyinmə otağında partlayış baş verib. Partlayış yanğına çevrilib. Hadisə zamanı sexdə fəhlə işləyən, Qarabağ rayonunun Sahil qəsəbəsindən olan Aleksandr Fyodorov və Aleksandr Nikolayev olublar. Yanğın nəticəsində rus milliyətindən olan 2 nəfərdən biri - 30 yaşlı Aleksandr Yuriyeviç Fyodrov yanaraq ölüb. Hadisə zamanı sağ qalan digər fəhlə, 52 yaşlı Aleksandr Nikolayevin dediyinə görə, yeyib-içəndən sonra 6 kvadrat metrlik otaqda həmyerliləri yuxu tutub. Otaqda İran istehsalı olan qaz balonu işləyirdi. Partlayış və yanğının həmin balonun səbəb olduğu ehtimal olunur. Faktla bğalı araşdırmalar davam edir. /ANS TV/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|