|
Ordan-Burdan / 20.12.2008 16:36 Maykl Ceksondan 1 milyard dollar tələb edirlər
Övladının anası Ceksonu məhkəməyə verdi.
Billi Cin adlı qadın pop ulduzu Maykl Ceskonu məhkəməyə verərək ondan 1 milyard dollar təzminat tələb edir. Qadın iddia edir ki, o, Mayklın oğlunun anasıdır. Körpə 2002-ci ildə surroqat ana tərəfindən dünyaya gətirİlib. Ceksonun özü isə həmin vaxt üçüncü övladının anasının adını çəkməkdən imtina etmişdi. Billi Cin tələb edir ki, onun analıq haqqı tanınsın və ona uşağını həftədə üç dəfə görməyə icazə verilsin. Üstəlik Maykl Cekson i1 milyard dollar təzminat ödəsin. Bir müddət əvvəl adını dəyişdirib «Mikayıl» elan edən Ceksonun adı Bruney sultanının oğlu ilə maliyyə qalmaqalında da çıxmışdı. İki albomunu çıxarmaq üçün müğənniyə 4,7 milyon funt-sterlinq, üstəlik, 180 min funt qiyməti olan «Rolls-Roys» avtomobilini hədiyyə edən Bruney sultanının oğlu Abdulla əl-Xəlifə məhkəmə yolu ilə Ceksondan borcunu qaytarmağı tələb edirdi. Adını dəyişdirib «Mikayıl» elan edəndən dərhal sonra Abdulla əl-Xəlifə Ceksonu əfv edərək məhkəmə iddiasını geri götürdü.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|