|
Siyasət / 20.12.2008 15:10 NATO Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin pozulmasından narahatdır
Qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons təşkilatın baş verənləri ehtiyatla və diqqətlə izlədiyini deyir
«NATO Cənubi Qafqazda Rusiya ilə rəqabət aparmır» deyən NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib ki, əksinə, NATO-nun regionda məsələn, Gürcüstanda Rusiya ilə eyni məqsədləri var və bu rəqabət kimi qəbul edilməməlidir. Azərbaycana gəldikdə isə, diplomat vurğulayıb ki, hələlik alyansın Bakı ilə perspektiv layihələrinə Azərbaycan Ordusunu müasirləşdirilməsi və enerji obyektlərinin qorunmasına kömək daxil ola bilər. Onun fikrincə bu, Cənubi Qafqaz və Orta Asiya üçün önəmlidir. Qarabağ probleminə toxunan NATO təmsilçisi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin tez-tez pozulmasından narahat olduqlarını deyib. Simmons vurğulayıb ki, təşkilat «bütün baş verənləri ehtiyatla və diqqətlə izləyir». Diplomat Minsk qrupunun vasitəçiliyi ilə danışıqların davam etdirilməsinin vacib olduğunu da deyib. /ANS TV/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|