|
İqtisadiyyat / 20.12.2008 14:33 ABŞ Azərbaycana ticarət imtiyazları tətbiq edəcək
Azərbaycan «inkişaf edən ölkələr» kateqoriyasına aid edilib
ABŞ Azərbaycana qarşı ticarət imtiyazları tətbiq edəcək. Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, prezident Corc Buş ABŞ konqresinin rəhbərliyinə ünvanladığı məktubda ABŞ baş preferensiya sistemi çərçivəsində ticarət imtiyazlarının Azərbaycan və Kosovoya da şamil olunması barədə qərara gəldiyini qeyd edib. Bu sistemdə Azərbaycan və Kosovo «inkişaf edən ölkələr» kateqoriyasına aid ediləcək. Qeyd edək ki, sistem ABŞ-ın hökumət proqramıdır. Proqram ABŞ-a 132 ölkədən 5 min adda malın gömrük vergisi ödəmədən keçirilməsinə imkan verir./ANS TV/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|