|
Hadisə / 20.12.2008 12:52 Bakının Nizami rayonunda partlayış olan yaşayış binasındakı yanğın söndürüldü
Xəsarət alan yoxdur
Ötən həftə Bakının Nizami rayonunda partlayış olan yaşayış binasında yanğın söndürülüb. Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğının televizordakı qısaqapanma nəticəsində baş verib. Yanğından mühafizə xidmətinin əməkdaşları yanğının qarşısını alıblar. Xəsarət alan olmayıb. Xatırladaq ki, dekabrın 13-də baş verən partlayış zamanı binanın 2-ci blokunda 12-13 mənzil tamamilə dağılıb, 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hadisə ilə bağlı bir nəfər həbs olunub. Bu gün isə saat 11.30 radələrində həmin yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yanğın baş verib.
Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|