|
Siyasət / 20.12.2008 11:39 Gürcüstanın xarici işlər naziri gələn həftə Azərbaycana gələcək
Qriqol Vaşadze azərbaycanlı həmkarı və prezidentlə görüşəcək
Gürcüstanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək. Gürcüstan XİN-nin mətbuat və informasiya departamentindən verilən məlumata görə, Qriqol Vaşadzenin səfəri dekabr ayının 22-23-də baş tutacaq. Görüş çərçivəsində nazir prezident İlham Əliyev ilə, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla və baş nazir Artur Rasizadə ilə görüşəcək. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|