|
Mədəniyyət / 20.12.2008 11:24 İradə İbrahimova ərə gedir
Müğənni aprelin 3-də özünə toy çaldıracaq
İl boyu nişanlandığı barədə gəzən şayiələri təkzib edən müğənni İradə İbrahimova nəhayət, nişanlandığını etiraf edib. ANS PRESS-in «İstiot» jurnalına istinadən verdiyi məlumata görə, artıq toy gününü təyin edən cütlük aprelin 3-də, müğənninin ad günündə bu şad günü qeyd edəcək. Müğənni şəxsi həyatına yetərincə vaxt ayırmağı qərara aldığından, Yeni il şou-proqramlarından imtina edib. İradə onu sevməklə yanaşı, sənətinə hörmət edən həyat dostu tapdığı üçün özünü xoşbəxt sayır./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|