|
İqtisadiyyat / 20.12.2008 01:03 Gələn il dünya avtomobil bazarında ucuzlaşma olacaq
Bir çox konsern isə avtomobil istehsalına məhdudiyyət gətirəcək
Gələn il dünyada avtomobillərin qiyməti iki dəfə aşağı düşəcək. Mütəxəssislərin fikrincə, avtomobillərin ucuzlaşması maliyyə böhranı başa çatana qədər davam edəcək. Bu müddətdə dünyanın avtomobil istehsalçıları istehsalı kəskin azaldacaq. Yalnız böhranın təsirləri başa çatandan sonra avtomobil təklifinin aşağı düşməsi ucuzlaşmanı dayandıra bilər. Bu gündən isə, “Kraysler” konserni dünyadakı 30 zavodunu 1 ay müddətinə, “Ford” isə 9 zavodunu 2 həftəliyə bağlayır. Rusiyanın “KamAz” şirkəti isə konveyerlərə 2 aylıq fasilə verməyi nəzərdən keçirir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|