|
Siyasət / 19.12.2008 13:46 Ermənistanın keçmiş prezidenti silahdaşları üzərində məhkəmə prosesini siyasi qisasalma kimi dəyərləndirib
Levon Ter-Petrosyanın sözlərinə görə, hakimiyyət öz cinayətlərinə görə məsuliyyəti müxalifətin üzərinə qoymağa çalışır
Ermənistanın keçmiş prezidenti Levon Ter Petrosyan silahdaşları üzərində məhkəmə prosesini siyasi qisasalma kimi dəyərləndirib. Onun sözlərinə görə, hakimiyyət öz cinayətlərini- seçkilərin saxtalaşdırılması yolu ilə hakimiyyətin qəsb edilməsi və dinc nümayişçilərin güllələnməsinə görə məsuliyyəti müxalifətin üzərinə qoymağa çalışır. Levon Ter Petrosyan istintaqın məqsədyönlü şəkildə ittihamları saxtalaşdırdığını,məhkəmələrin isə bütün mümkün prosessual qaydaları pozaraq bu ittihamları təsdiqlədiyini deyib. Bu baxımdan Ter Petrosyan məhkəmələrin obyektivliyinə inanmadığını bəyan edib. Ermənistan müxalifətinin lideri ölkədəki dərin siyasi böhranı yalnız yeni seçkilər yolu ilə nizamlamağın mümkün olduğunu bildirib. Levon Ter Petrosyan həmçinin Ermənistan hökumətinin AŞPA-nın söz azadlığı və nümayişlərin keçirilməsinin təmin olunması ilə bağlı tələblərini də yerinə yetirmədiyini qeyd edib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|