|
Siyasət / 19.12.2008 15:06 Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı "ermənilərdən üzr istəyirəm"kampaniyasına münasibətini açıqlayıb
Ordu komandanlığı kampaniyanı ölkəyə zərər verəcək addım kimi qiymətləndirib
Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı ermənilərdən üzr istəmək məqsədilə təşkil olunan internet kampaniyasına münasibətini açıqlayıb. Türkiyə kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, ordu komandanlığı kampaniyanı ölkəyə zərər verəcək addım kimi qiymətləndirib. Media mənsubları ilə keçirdiyi ənənəvi həftəlik görüşdə baş qərargahın rəsmi nümayəndəsi, general Mətin Gürak üzr istəməyin yanlış olduğunu bildirib. O, bu kampaniyanı doğru hesab etmədiklərini xüsusi vurğulayıb./ANS TV/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|