|
Hadisə / 19.12.2008 13:55 ABŞ-a yeni il qabağı güclü qar yağıb
Buz bağlamış yollarda minə yaxın avtombil qalıb
Amerika Birləşmiş Ştatlarının Las-Veqas və Nevada ştatlarına son 30 il ərzində ilk dəfə olaraq yeni il qabağı güclü qar yağıb. Güclü qarın yağması ilə əlaqədar Las-Veqas hava limanında bir sıra aviareyslər təxirə salınıb. Bir qədər əvvəl isə uçuşlar bərpa edilib. Milli hidrometeorologiya xidməti gecə ərzində Las Veqasın Makkeran beynəlxalq hava limanına 9,1 santimetr qarın düşdüyünü bildirib. Nevadanın digər hissələrinə 20 santimetrə qədər qar düşəcəyi gözlənilir. Bu, son həftə ərzində səhralıq ərazidə yerləşən şəhəri cənginə almış 2-ci qar qasırğasıdır. Qeyd edək ki, Nevada və qonşu rayonlara qar düşməsi nadir hadisə sayılır. Cənubi Kaliforniya dağlarındakı yolların buz bağlaması nəticəsində yollarda qalmış avtomobillər yol polisinin müşayəti altında tədricən ərazidən çıxarılmağa başlanılıb. Dağ yollarında qalmış avtombil və yük maşınlarının sayının minə çatdığı bildirilir. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|