|
Nəzər Nöqtəsi / 18.12.2008 13:01 Əflatun Amaşov: «Azərbaycan həbsxanalarında jurnalistlərin olması Azərbaycanın imicinə ziyandır»
«Nə qədər ki, sonuncu jurnalistimiz həbsxanadan azad olmayıb, Mətbuat Şurası onların azad olunması üçün dövlətə müraciətlərini davam etdirəcək»
«Azərbaycan həbsxanalarında jurnalistlərin olması Azərbaycanın imicinə ziyandır». Bu barədə jurnalistlərə açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, Mətbuat Şurasının məramı ondan ibarətdir ki, həbsdə jurnalist olmasın: «Nə qədər ki, sonuncu jurnalistimiz həbsxanadan azad olmayıb, Mətbuat Şurası onların azad olunması üçün dövlətə müraciətlərini davam etdirəcək». Hazırda ölkədə üç jurnalist həbsdədir.
Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|