|
Kriminal / 18.12.2008 14:27 Binəqədidə naməlum şəxslər "A-Lizinq" ATSC-nin əməkdaşını qətlə yetiriblər
Daha sonra naməlum şəxslər cəmiyyətə məxsus maşında hadisə yerindən uzaqlaşıblar
Dekabrın 17-də saat 16.30 radələrində Bakının Binəqədi rayonu Fatmai bağlar sahəsindəki "Muğan" pansionatının yaxınlığında naməlum şəxslər "A-Lizinq" ATSC-nə məxsus "Azsamand" markalı maşının sürücüsü, Ağdam rayon sakini Aşur Nəsirovu bıçaqla qətlə yetiriblər. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qətl törədənlər "A-Lizinq" ATSC-nə məxsus maşında hadisə yerindən qaçıblar. Avtomobil saat 21.30 radələrində Biləcəri qəsəbəsi ərazisində tapılıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır./ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|