|
Hərb / 18.12.2008 12:13 Yaxın Şərqdə yenidən atəşkəs pozulub
Qəzzadakı silahlılar İsrail ərazisinə raket zərbələri endirib
Qəzza bölgəsində yerləşən silahlılar 6 ay davam edən atəşkəsi yenidən pozaraq İsrail ərazisinə 15 raket zərbəsi endirib. Məlumatı İsrail ordusunun rəsmiləri yayıb. Birinci raket zərbəsi sərhəddə yerləşən Sderot qəsəbəsinə endirilib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb və bir restoran dağılıb. Bir neçə yerli sakin isə gözlənilməz hücumlar səbəbindən şoka düşüb. İsrail Qəzzanın şimalında raket mərkəzlərinə zərbələri bərpa etdirib, lakin eyni zamanda da bildirib ki, sülh vəziyyəti davam etdirilməlidir. Qəzza bölgəsindən 3 xırda silahlı qrupun endirdiyi raket zərbələri isə oradakı «Həmas» rəhbərlərinin sülh şəraitinin vaxtının bitməsi kimi qeyd etdikləri tarixdən 2 gün əvvəl baş verib. İsrail tərəfi isə bildirib ki, sülh şəraitinin heç bir bitmə müddəti nəzərdə tutulmayıb. İstənilən halda, atəşkəs rejimi ciddi şəkildə sarsılıb və hər iki tərəf indi özünün yeni şərtlərini diktə etməyə çalışır. «Həmas» İsraildən Qəzza bölgəsinin keçidini açıq saxlamağı istəyir. İsrail tərəfi isə Qəzzanın sərhəd ərazilərində çevik hücumlar həyata keçirməyi planlaşdırır. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|