BU GÜN05.07.2009
HAVA
BAZAR
NAMAZZöhr
13:49
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN



Mədəniyyət / 18.12.2008 13:10
Faiq Ağayev Flora Kərimovaya açıq məktub ünvanlayıb
Xalq artisti son günlər KİV-də F.Kərimovanın onun barəsində ardı-arası kəsilməyən arsız yalanlar dərc etdirdiyini bildirib

Xalq artisti Faiq Ağayev və xalq artisti Flora Kərimova arasında münaqişə davam edir. F.Ağayev son günlər KİV-də F.Kərimovanın onun barəsində ardı-arası kəsilməyən arsız yalanlar dərc etdirdiyini bildirib. Bunun üçün də müğənni mətbuat vasitəsi ilə Flora Kərimovaya açıq məktub ünvanlayıb. Məktubun mətni:

“Səninlə heç vaxt işim olmayıb, çünki yazıqsan, acizsən. Lakin hər bir səbrin tükənən məqamı olur.
Neçə illərdir mətbuat keçmişdə qalan nailiyyətlərin naminə son 16 ildə etdiklərinə göz yumub, humanistlik nümayiş edib heç bir irad bildirməyərək, sənə qarşı etirazla çıxış etmir. Baxmayaraq ki, buna mənəvi haqqı çatır.
Mərhəmətli Azərbaycan xalqı səhv və qüsurlarına baxmayaraq, səni hələ də ədalət məhkəməsi ilə üz-üzə qoymayıb. Ancaq Flora, deyəsən atalar misalını unutmusan: “Məscidin qapısı açıqdırsa, itin həyasına nə gəlib?”.
Əvvəl-axır kimsə sənin azğınlıqlarına son qoymalı idi. Görünür, Tanrı bu missiyanı mənim qismət payıma yazıb. Baş verən olaylar sənin son çirkin müharibən, son arsız çıxışın, son şərin, son nəfəsindir!
3-4 qondarma, əldəqayırma böhtan faktı əlində bayraq edib mənə qarşı hücuma keçmisən. Cəsarətin varsa, danılmaz həqiqətlər qarşısında cavab ver!
Bütün mənasız, tüfeyli həyatın boyu sən Flora, evyıxanlıq, satqınlıq və mərdimazarlıq etmisən.
- İbrahim bəy Topçubaşovun vəfatına bir neçə gün qalmış tez-tələsik saxta sənədlər düzəldib, onunla qeyri-qanuni nigaha girmisən ki, var-dövlətinə sahib olasan!
- Övladın Zümrüdün mərhum atası Faiq müəllimin hələ cəsədi soyumamış yenə də saxta sənədlərlə əmlakını mənimsədin. Hal-hazırda vicdan əzabı belə çəkmədən yaşadığın və əslində sənə halal olmayan həmin o mənzildən keçmiş həyat yoldaşının qohum-əqrəbasını həyasızcasına küçələrə qovdun. Bu azmış kimi mərd bir kişini gorbagor edib, əcdadlarının yanında yerləşən məzarından eksqumasiya etdirib xain ürəyinin istədiyi yerdə yad bir torpağa tapşırdın!
- Sonuncu həyat yoldaşın, gözəl insan Məmməd müəllimin əlaqələrindən geninə-boluna istifadə edib özünə şərait yaratdın. Əvəzində onun həyatını da puç etdin. Sap-sağlam bir kişi birdən-birə, naməlum səbəblərdən dünyasını dəyişdi!
El arasında sənin kimilərinə “BƏDAYAQ”, “BAŞYEYƏN” deyirlər. Rusca bunun anlamı - “ЧЕРНАЯ ВДОВА”– dır.
Yaşın o həddə çatıb ki, yaddaşın zəifləyib. Eyb etməz, bəzi məqamları mən sənin yadına salaram.
- Əvvəllər yaxınlıq, indi isə satqınlıq etdiyin müxalifət rəhbərlərindən: “Hakimiyyətə gələndə mənə mədəniyyət naziri vəzifəsi, Tibb Universitetində təhsil alan qızıma isə özəl klinika verərsiniz” – deyib yalvaran sən deyildinmi?
- 1997-ci ildə məndən gizlin valideynlərimin evinə elçi düşən, anama: “Gəl övladlarımızı evləndirək!” təklifi ilə gələn qız anası sən deyildinmi?
- 1998-ci ildə qeyri-qanuni əldə etdiyin, yaşadığın evin alt qatında yerləşən zirzəmini kommersiya məqsədi ilə işlətməkdən öncə məndən təmir üçün böyük məbləğdə pul borc alan sən deyildinmi? O zamanlar səmimiyyətlə sənə “ANA” deyən mən axmaq heç ağlıma da gətirə bilməzdim ki, neçə il sonra baş verəcək böhtan və “KİDALOVKA”dan özümü sığortalamaq üçün sən hiyləgərdən yazılı iltizam almalıyam.
- Məhərrəmlik vaxtı işin keçən bir dövlət məmurunun ad günündə oxumaqdan imtina etdiyimə görə: “600 il bundan əvvəl (Allah bu sözü təkrar etdiyimə görə mən Faiqi bağışlasın, əstəfurullah!) iki ....bir-birini qırıb, mən də indi onların matəmini tutum?” kafir kəlməsini sən, Allahsız Flora üzümə söyləmədinmi?
- Dəfələrlə “Flora xanım sənətlə məşğul olun, əməllərinizdən əl çəkin, siyasətdən uzaqlaşın.” deməyimə: “Bu xalq QOYUNDUR, ona bir çoban lazımdır” söyləyən sən deyildinmi uğursuzcasına “Millət anası” olmağa çalışan mənəviyyatsız Flora?
- 1999-cu ildə Aygün Kazımovaya “kompromat” yığmaq üçün məndən diktofonlu telefon istəyən sən Flora deyildin?
- 2002-cü ildə Brilliant Dadaşovanın növbəti albomu üçün çəkdirdiyi yarıçılpaq şəkillərini oğurluq yolu ilə əldə edərək: “Oğul, sənin düşmənini mən məhv edəcəm!” deyən sən deyildin?
İndi ətrafında ittifaq yaradıb, özünə silahdaş tapmaq naminə hər ikisi üçün “mamlı-matan” olmaq istəyirsən?
Oyan əhlət yuxusundan, xəyallardan ayıl! Xalqın gözündən pərdə asmaq üçün artıq gücün də qalmayıb!
Yaxın qohumların belə səndən üz döndərib. Camaat arasında söyləyirlər ki, sən erməni tuluğundan çıxmısan, Zümrüd xanım sənin əsl anan deyil. Əqrəban deyir ki, qəddarlığın ananı son mənzilə yola salan əsas amil olub!
O qədər nüfuzsuz və bihörmət olmusan ki, nəvən yaşındakılar sənə çəkinmədən: “Fınış Floş”, “Lesbiyanka” deyirlər. Yoxsa bunu da inkar edəcəksən?
Müxalifət mitinqi zamanı ikiüzlülük və boşboğazlığından usanıb-bezən bir qeyrətli Azərbaycan oğlu gəlib ətəyini, yubkanı millət içində əynindən dartıb çıxartdı. Namuslu qadın bu biabırçılığa dözməyib, intihar edərdi! Amma sən hələ də namus-qeyrətdən dəm vurursan.
Nə deyib yaşayırsan?

 

Mən - mərd oğlu mərdəm, məni özünə görə ölçmə! Allahın köməkliyi ilə hələ uzun illər seçdiyim sənətdə sözümü ötkəmliklə söyləyəcəyəm!
Bəs sən? İfa etdiyin iki mahnıdan sitat:
- “Bu qatarın dalınca baxma!”
Öz aramızdı mahnının müəllifi yaman uzaqgörən olub, bu sözlər elə bil məhz sənin bugünkü acınacaqlı günün üçün yazılıb. Kimsəsiz, hər kəs tərəfindən tərk edilən, səsi batmış, uğursuz plastik cərrahiyyə əməliyyatının qurbanı, siyasi mənsubiyyəti, əqidəsi bəlli olmayan bir zavallı...
- “Gec-tez, axır silinəcək izim-tozum
Bəlkə məndən nişan qaldı...”
Nə? Şər, böhtan???
Hər kəs bu hayatda lənət yox, rəhmət qazanmağa çalışmalıdır. Bu barədə düşünmüsənmi?
Bircə onu bilirəm ki, adın çəkiləndə mütləq müqəddəs Qurani-Kərimin bu surəsini oxumağım gərəkdir :
“Fələq” (sübh) surəsi.
Bismillahir-rəhmanir-rəhim!
De: “Pənah aparıram sübhün Rəbbinə
Yaratdıqlarını (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
Zülmətə böyüməkdə olan gecənin (və ya batan ayın, ziyası sönən ulduzların) şərindən;
(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib iplərə düyün vuran) qadınların şərindən
Və bir də paxıllığı tutanda paxılın şərindən!”.
Sənin varlığın-yoxluğun məni qətiyyən narahat etmir. Yalnız bir istəyim var – qoy Rəhmli Allahım etdiyin pislikləri bağışlasın!
AMİN!”.

Azərbaycan Respublikasının Xalq Artisti
Faiq Ağayev

Kəmalə Məmmədova/ANS PRESS/

Qeyd edək ki, məktubda təhqiramiz ifadələr olduğundan mətn ixtisar edilib.

© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
05.07.2009
08:54 Bu gün Aran bölgəsində ən yüksək temperatur qeydə alınacaq
06:57 Almaniya Türkiyə yolunda baş vermiş qəzada 7 nəfər ölüb
05:42 Bu gün Bolqarıstanda parlament seçkiləridir
05:24 “Bejing” avtomobil Opel üçün 600 milyon avro təklif edib
04:36 103-cü mərtəbədəki eyvandan baxmağa hər adamın cəsarəti çatmır
01:13 Harry Potterin aktyorlarından biri donuz qripinə yoluxub
04.07.2009
23:47 Amerika Ölkələri Təşkilatı Hondurasla bağlı bəyanat verdi
23:26 75 nəfər əlil Ukraynaya müalicəyə göndərilib
23:04 Dmitri Medvedev: "Rusiya Əfqanıstanda NATO ilə əməkdaşlıq etməyə hazırdır"
22:43 Hindistanda avtobus körpüdən aşıb
22:31 İranda narkotik alverçiləri edam olunub
22:18 Türkiyənin Müdafiə Nazirliyi fransız şirkətinə qadağa qoydu
21:55 "İlin sonunadək Strateji Hücum Silahlarına dair yeni müqavilə imzalana bilər"
21:41 Azərbaycanda dünya standartlarına cavab verən ilk gübrə zavodunun tikintisinə başlanılıb
21:27 Somali paytaxtında kəskin döyüşlər gedir
21:10 Əfqanıstanın Qəndəhar vilayətində əfqan polisinin yeddi zabiti qətlə yetirilib
21:05 Enerji siyasəti mövzusunda yay məktəbi təşkil edilib
20:50 Rusiya ilə Çin Pxenyanla danışıqları bərpa etməyə çağırıb
20:44 "Azərbaycan qazı Rusiyadan keçməklə Avropaya ixrac oluna bilər"
20:29 Taxıl zəmiləri yanmış fermerlərə kompensasiya ödənilməyəcək
20:02 Birləşmiş Ştatlar Pxenyana xəbərdarlıq etdi
19:45 "İştirakımız olmadan Qəbələ RLS-nin fəaliyyəti ilə bağlı hansısa yeni formatın qəbulu mümkün deyil"
19:18 Hondurasın yeni rəhbərliyi təcili qərar qəbul edib
19:01 "Opel"in satışı üzrə danışıqlar başa çatmaq üzrədir
18:42 Ağ ev İraqın inkişafı ilə bağlı öhdəliyinə sonadək əməl edəcək
18:34 ABŞ-ın 11 trilyon dollardan artıq borcu var
18:26 Hindistan taxıl ixracını bərpa edir
18:09 Çimərlik futbolu üzrə yığmamız Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək
17:57 "Dağıstan Azərbaycan-Rusiya münasibətləri arasında körpü rolunu oynayır"
17:41 Boks yığmamız Mariupol turnirinə hazırlaşır
17:25 Çinlə Hindistan su altında qalıb
16:59 Britaniyanın Tehrandakı səfirliyinin əməkdaşına qarşı ittiham irəli sürülüb
16:48 Banqladeşdə leysan yağışları nəticəsində altı nəfər həlak olub
16:33 Yalçın Rzazadə: "Mədəniyyət Nazirliyi lazımsız adamlarla daha çox maraqlanır”
16:12 Güləşçilərimizin Gürcüstanda daha dörd medal qazanmaq şansı var
15:58 Novruz Məmmədov: "Ziyalıların qarşılıqlı səfərləri milli maraqlarımıza zidd deyil"
15:52 Erməni ziyalıları Bakıda erməni kilsəsini ziyarət ediblər
15:39 Xamneyinin köməkçisi: «Musəvi Amerikanın beşinci kolonudur»
15:26 Təhsil Nazirliyi: Aksiya keçirən valideynlərin tələbi əsassızdır
15:24 Rusiya mitropoliti Kirill İstanbuldadır
15:22 Bakıdakı şadlıq sarayından toy məclisi zamanı pul qutusu oğurlanıb
15:19 Bolqarıstanda ağır yol qəzası baş verib, 11 türk ölüb
14:44 Şimali Koreya 7-ci raketini buraxdı
14:36 İsa Qəmbər: "Nümayəndə heyətlərinin səfərinin heç bir əhəmiyyəti yoxdur"
14:20 Yasamal və Nərimanov rayonlarında silah sursat tapılıb
14:11 Əfqanıstanda 2 ABŞ əsgəri həlak olub, 4-ü yaralanıb
14:10 Ermənistanın müdafiə naziri İrana dəvət edilib
13:57 İran MAQATE-nin yeni sədrinə müraciət edib
13:25 Şimali Koreya beşinci raketini buraxdı
13:20 Ər arvadını qətlə yetirib
13:05 ATƏT sədri Levon Ter Petrosyanla görüşüb
12:57 “Mançester Yunayted” Maykl Ouenlə müqavilə imzalayıb
12:27 Naxçıvanda ruhi xəstə qohumunu qətlə yetirib
12:24 Maykl Ceksonla vidalaşmaq üçün iki saat ərzində 500 min nəfər müraciət edib
11:53 "Azərbaycan hökuməti öz əli ilə ermənilərin böyük diplomatik uğur qazanmasına şərait yaradır"
11:38 İnquşetiyada milis maşını atəşə tutulub, 9 nəfər ölüb
11:30 Təhsil Nazirliyinin qarşısında aksiya keçirilib
11:15 Dağıstan və Azərbaycanın gənclər nazirləri arasında qarşılıqlı əməkdaşlıq barədə saziş imzalanacaq
11:12 Azərbaycanın paralimpiya üzrə komandası Macarıstanda ilk qızılını qazanıb
11:05 “Neftçi” Azərbaycan çempionu adını qazandı
10:49 Ölkədə havaların normadan artıq isti olması ilə əlaqədar iş dayandırıla bilər
10:44 Doku Umarov sağ olduğunu və Rusiya ilə mübarizəni davam etdirəcəyini deyib
10:28 Avropada bir gündə 642 nəfər "donuz qripi"nə yoluxub
10:27 Daha bir Azərbaycan güləşçisi Avropa çempionu oldu
10:25 Azərbaycanlı idmançılar Malaziyada təlim məşq toplanışı keçəcəklər
10:23 Şimali Koreya bir sutka ərzində dördüncü raketi buraxıb
09:45 QAT Qarabağa səfərə etiraz olaraq aksiyalara başlayacaq
09:33 Rumıniya Azərbaycandan daha böyük həcmdə neft almaq niyyətindədir
09:11 Ermənistan silahlı qüvvələri bir istiqamətdə atəşkəsi pozub
09:10 Paytaxtdakı şadlıq sarayında və marketlərdə yararsız qida məhsulları aşkarlanıb (SİYAHI)
08:58 Sankt-Peterburq Teatrı Bakıya qastrol səfəri edəcək
08:55 Abdulla Gül Medvedevə zəng edib
08:36 Mərkəzi Bankın valyuta ehtiyatları 5 mlrd dollara çatıb
06:38 Türkiyəli Abbas Koca 118 yaşını qeyd edib
06:15 Son iki gün ərzində dünyada daha 12 720 nəfərin H1N1 virusuna yoluxduğu təsdiqlənib
 
©  2006-2009 ANS-PRESS Rambler's Top100 Back to top ^^