|
İdman / 18.12.2008 11:47 Vüqar Həşimov erməni şahmatçısı ilə heç-heçə oynayıb
Vüqar Həşimov Rusiyada keçirilən şahmat qran prisinin dördüncü turunda Vladimir Akopyanla qarşılaşıb
Rusiyanın Elista şəhərində təşkil edilən şahmat üzrə FİDE qran prisində dördüncü turun oyunları keçirilib. Bu tur komandamızın lideri Teymur Rəcəbov digər qrossmeysterimiz Şəhriyar Məmmədyarovla qarşılaşıb. Geridə qalan 3 turun hamısında heç-heçə edən Şəhriyar, Teymurla qarşılaşmadan da heç-heçə ilə ayrılıb. 4-cü turda erməni şahmatçısı Vladimir Akopyanla qarşılaşan Vüqar Həşimov da heç-heçə oynayıb. 4 turdan sonra Teymur Rəcəbov 3 xalla yarışın vahid lideridir. Aktivində 2,5 xalı olan Vüqar Həşimov rəqibləri ilə 2-4-cü yerləri bölüşdürür. Şəhriyar Məmmədyarov isə 2 xalla qran prinin 5-10-cu pilləsində qərarlaşıb. Turnirdə 5-ci turun görüşləri bu gün keçiriləcək. Teymur Rəcəbov Macarıstan şahmatçısı Peter Leko ilə, Şəhriyar Məmmədyarovun Rüstəm Qasımcanovla, Vüqar Həşimov isə rusiyalı Aleksandr Qrişukla qarşılaşacaq. /ANS TV/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|