|
İqtisadiyyat / 18.12.2008 11:18 Neftin qiyməti düşüb
OPEK-in hasilatı azaltması barədə qərarından sonra qara qızıl 5 faiz ucuzlaşıb
OPEK-in hasilatı azaltmasına baxmayaraq, əmtəə birjalarında neftin qiyməti yenidən aşağı düşüb. Ən son məlumatlara görə, qara qızılın 1 bareli OPEK-in iclasından sonra 5 faizdən çox ucuzlaşaraq 41 dollar 27 sent olub. Maliyyə bazarlarında isə dollar kəskin ucuzlaşır. Təkcə ötən gün valyuta birjalarında avro 4 sentə yaxın bahalaşaraq 1 dollar 44 sentə dəyişdirilib. Neftin və dolların ucuzlaşması qızılın bahalaşmasına səbəb olub. Qiymətli metalın 1 unsiyası 870 dollara və yaxud qramı 28 dollara təklif olunur./ANS TV/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|