|
İqtisadiyyat / 17.12.2008 23:54 ARDNŞ prezidenti Rövnəq Abdullayev «Qazprom» SC-nin idarə heyətinin sədri Aleksey Millerlə görüşüb
Moskvada Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ilə Rusiyanın «Qazprom» Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Aleksey Miller arasında görüş keçirilib. Azərbaycanın rəsmi qurumlarından verilən məlumata görə, görüşdə tərəflər arasında qaz sahəsində strateji əməkdaşlıq məsələləri, o cümlədən uzunmüddətli əməkdaşlıq və 2009-cu ildə mümkün əlaqələr müzakirə olunub. Müzakirə zamanı bu məsələlərlə bağlı növbəti görüşün 2009-cu ilin yanvar ayının əvvəlində keçirilməsinə dair razılıq əldə olunub. /ANSPRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|