|
İqtisadiyyat / 16.12.2008 11:34 «Qazprom» gələn il ixracdan əldə etdiyi gəlirin 30 faizdən çox azalacağını proqnozlaşdırır
Səbəb dünyada mavi yanacağın ucuzlaşmasıdır
Rusiyanın təbii qaz inhisarçısı «Qazprom» şirkəti gələn il ixracdan əldə etdiyi gəlirin 30 faizdən çox azalacağını proqnozlaşdırır. Buna səbəb dünyada mavi yanacağın ucuzlaşmasıdır. «Qazprom»un gəlirlərində ixracın payı 60 faizdir. Gələn il isə qaz satışı üçün nəzərdə tutulmuş müqavilələrdə qiymət hər 1000 kubmetr qaz üçün 280 dollar nəzərdə tutulub. Bu da gəlirlərin 31,7 faiz azalması deməkdir. Belə ki, bu il «Qazprom» 64 milyard dollar gəlir əldə edəcəyini proqnozlaşdırırsa, gələn il bu rəqəmin təxminən 45 milyard dollar olacağı gözlənilir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|