|
Hərb / 16.12.2008 00:40 Bu gün cəbhə xəttində monitorinq keçiriləcək
Monitorinq qoşunların Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun Veysəlli kəndi yaxınlığındakı təmas xəttinə baş tutmalıdır
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan qoşunlarının Xocavənd rayonunun Veysəlli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçiriləcək. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrji Aberle və Vladimir Çountulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, səfir Anji Kasprşik, onun səhra köməkçiləri Piter Ki və Antal Herdiç keçirəcəklər. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|