|
İqtisadiyyat / 22.11.2008 01:07 Gələn ildən Azərbaycanda gömrük rüsumlarının tutulması sadələşdiriləcək
Çox pilləli sistemdən imtinanı nəzərdə tutan təkliflərə əsasən gömrük rüsumları 0, 5 və 15 faizlə hesablanacaq
Dövlət Gömrük Komitəsi gömrük sistemində yeniliklərə hazırlaşır. Komitə sədri Aydın Əliyevin sözlərinə görə, yeniliklər idxal rusümlarının tətbiqinin asanlaşdırılması ilə bağlıdır. İndi gömrükdə rüsumlar çoxpilləli sistem əsasında tutulur. Dəyişikliklərdən sonra rüsumların azalacağı gözldlənilir. Çox pilləli sistemdən imtinanı nəzərdə tutan təkliflərə əsasən gömrük rüsumları 0, 5 və 15 faizlə hesablanacaq. Aydın Əliyev deyir ki, yeni sistem gömrük yığımlarının asanlaşdırmaqla yanaşı ticarət rejimini də sadələşdiriəcək. Növbəti yenilik isə damazlıq heyvanların ölkəyə gətirilməsi ilə bağlıdır. Komitə rəhbəri bildirir ki, ölkədə aqrar sektorun inkişafı nəzərə alınaraq damazlıq heyvanların idxalı zamanı əlavə dəyər vergisi və idxal rüsumları tətbiq edilməyəcək:“Damazlıq heyvanlarının gətirilməsi ilə bağlı gömrük rüsumları və əlavə dəyər vergisindən azad olunma hökumət tərəfindən dəstəklənmişdir. Artıq bu məsələ öz həllini tapıb və bu mallar gömrük rüsumları və əlavə dəyər vergisindən azad olunacaq”. Nəhayət, komitə gələn ildən gömrükdə "vahid pəncərə" sisteminin tədbiqinə də başlayacaq. İndi bu istiqamətdə hazırlıq işlərinin görüldününü deyən komitə sədri "vahid pəncərə" sisteminin sahibkarların işini xeyli asanlaşdıracağını bildirib. Yeni sistemin tətbiqindən sonra sahibkarlar bir dövlət orqanına müraciət etməklə mallarını gömrükdən qısa vaxt ərzində keçirə biləcəklər. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|