|
İdman / 21.11.2008 23:31 Qadın şahmatçılarımız da ermənilərə uduzdu-0:4
Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Nərgiz Umudova və Nərmin Kazımova «dördlüyü»ndən heç kim xal qazana bilməyib
Dünya şahmat olimpiadasının 8-ci turunda qadınlardan ibarət Azərbaycan yığması Ermənistana məğlub olub. Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Nərgiz Umudova və Nərmin Kazımova «dördlüyü»ndən heç kim qarşılaşmalarda xal qazana bilməyib. Beləliklə, oyunlar erməni şahmatçılarının xeyirinə başa çatıb-0:4. Xatırladaq ki, olimpiadanın 6-cı turunda kişilərdən ibarət yığmamız da ermənilərə məğlub olmuşdu. Lakin o vaxtkı hesab bu günkü kimi biabırçı olmamışdı. Kişilərdən ibarəty yığmamız isə Xorvatiya şahmatçıları üzərində qələbə qazanıb. Teymur Rəcəbov, Vüqar Həşimov və Rauf Məmmədov oyunu heç-heçə ilə başa vursa da, Qədir Hüseynov rəqibi Robert Zelçiçə qalib gəlməklə komandamıza vacib qələbə qazandırıb-2,5-1,5. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|