|
Hadisə / 22.11.2008 00:05 Kərkük-Ceyhan neft kəmərinə hücum olub
Nəticədə boru xəttində yanğın baş verib
Kərkük-Ceyşan neft kəmərinə hücum olub. Məlumatı «Reuters» agentliyi CNN teleanalanınıq hadisə yerindəki müxbirinə istinadən yayıb. Məlumata görə, naməlum şəxslər boru xəttini yandırıb. «Reuters» agentliyi hadisəni PKK terrorçularının törədə biləcəyini ehtimal edir. Agentliyin məlumatında xatırladılır ki, indiyədək kürd silahlıları bir neçə dəfə Türkiyəyə gedən neft kəmərlərində partlayışlar törədib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|