BU GÜN04.07.2009
HAVA
BAZAR
NAMAZZöhr
13:48
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN



İç Xəbər / 21.11.2008 20:56
Prezident İlham Əliyev ədliyyə işçilərini təbrik edib
“Azərbaycanın ədliyyə sisteminin zəngin tarixi var”

Prezident Ilham Əliyev, Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibətilə ədliyyə işçiləri, hakimlər və veteranları təbrik edib. Təbrikdə deyilir ki, Azərbaycanın ədliyyə sisteminin zəngin tarixi var. Əsası Azərbaycan Demokratik Respublikası dövründə qoyulan bu tarix özündə xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirir. 1918-ci il noyabrın 14-də demokratik prinsiplərə əsaslanan məhkəmə sisteminin yaradılmasını nəzərdə tutan Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib, ədliyyə sahəsində və məhkəmə idarəçiliyində bir sıra qərarlar qəbul edilmiş, qanunlar hazırlanıb: “Sovet hakimiyyəti dövründə konyunktur maraqlara uyğun olaraq, hüquq siyasətinin dəfələrlə dəyişdirilməsi, ədliyyə və məhkəmə orqanlarının bir neçə dəfə ləğv edilməsi və yenidən yaradılması sabit ədalət mühakiməsi sisteminin formalaşmasına mane olurdu. Yalnız ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 1970-ci illərdən başlayaraq, ədliyyə və məhkəmə orqanları davamlı inkişaf mərhələsinə daxil oldu. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün və hakimiyyət uğrunda mübarizənin doğurduğu siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi təhlükəsi, insan hüquqlarının kütləvi şəkildə pozulması, idarəçilik və qanunçuluq böhranı dövlətçiliyimizi məhv olmaq reallığı ilə üz-üzə qoymuşdu. Məhz belə bir ağır vəziyyətdə xalqın təkidi ilə siyası hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğuna, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanıldı”. Dövlət başçısının sözlərinə görə, nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradıldı, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edildi, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirildi və onun qarşısında yeni vəzifələr qoyuldu, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırıldı: “Ümummilli liderimiz Heydər Əliyev qanunçuluğun təmin edilməsində, ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, bütövlükdə hüquq sisteminin inkişafında ədliyyə və məhkəmə orqanlarının rolunu yüksək qiymətləndirərək, hüquq varisliyini təmin etmək məqsədi ilə noyabrın 22-ni ədliyyə işçilərinin peşə bayramı günü elan etdi. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar və 17 avqust tarixli fərmanları məhkəmə və ədliyyə orqanlarının inkişafının yeni mərhələsini müəyyən etdi, məhkəmə-hüquq sisteminin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə, ölkəmizin regionlarında hüquq infrastrukturunun genişləndirilməsinə şərait yaratdı”.

Prezidentin təbrikində daha sonra deyilir ki, hazırda məhkəmə və ədliyyə orqanları qarşısında qanunçuluğun təmin edilməsi və ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılması, qanun yaradıcılığı və hüquqi maarifləndirmə, insan hüquqlarının müdafiəsi, cəza-icra siyasətinin humanistləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiq edilməsi, yüksək hazırlıqlı hüquqşünaslardan ibarət kadr potensialının formalaşdırılması kimi vəzifələr durur: “Əminəm ki, məhkəmə və ədliyyə orqanları hüquqi dövlət quruculuğu istiqamətində səylərini bundan sonra da davam etdirəcək və qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəklər”. /ANS PRESS/

© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
04.07.2009
06:38 Türkiyəli Abbas Koca 118 yaşını qeyd edib
06:15 Son iki gün ərzində dünyada daha 12 720 nəfərin H1N1 virusuna yoluxduğu təsdiqlənib
06:03 Londonda “donuz qripi”ndən ilk ölüm faktı qeydə alınıb
05:33 Kolumbiyada zəlzələ baş verib
05:11 Madonna səhnəyə çıxmadan əvvəl “Fatihə” surəsini oxuyur
04:32 Bəşər Əsəd Barak Obamanı təbrik edib
04:02 Seçkilərdə səs vermək üçün Bolqarıstana gedən türklər irqçilərin etirazı ilə qarşılaşıb
03:22 Londondakı yanğında ölənlərin sayı 6 nəfərə çatıb
03:01 Rəcəb Tayyib Ərdoğanın cangüdəni avtomobil qəzasında ölüb
02:47 Fransada qatar traktorla toqquşub, 13 nəfər yaralanıb
02:16 «Mən yaradıcılığım vasitəsilə Azərbaycanın tarixi ilə bağlı yalanları düzəltməyə çalışıram»
01:53 Sudanın Darfur əyalətində iki QHT işçisi oğurlanıb
01:44 Əfqanıstanda Kanada hərbçisi həlak olub
01:23 Londondakı 12 mərtəbəli binada yanğın: iki uşaq həlak olub
01:15 Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın bir qrup ziyalısını qəbul edib
01:12 Sara Peylin Alyaska ştatının qubernatoru vəzifəsindən gedir
01:02 Maykl Ceksonla vida mərasimində yalnız biletlə iştirak etmək mümkün olacaq
00:06 Mixail Saakaşvili: “Müxalifətin hərəkətləri nəticəsində 20 min iş yeri itirmişik”
03.07.2009
23:30 Səudiyyə Ərəbistanında A/H1N1 virusuna yoluxanların sayı 100 nəfəri ötüb
23:16 Avropa Parlamenti Barrozu ilə bağlı qərarı təxirə salıb
23:04 Eressun körfəzində iki yük gəmisi toqquşub
22:55 Cənubi Koreya şımal qonşusu ilə müharibəyə hazırlaşır
22:48 "Ya Batumidəki kimi dəbdəbəli otelləri inşa edək, ya da Tiflisdəki kimi çadır şəhərcikləri"
22:20 "İçərişəhərlə bağlı aparılan siyasət davam etdiriləcək"
21:51 Rusiya ilə ABŞ hərbi əməkdaşlığı bərpa edir
21:28 Qaz tarifləri yenidən aşağı salına bilər
21:12 Bir qrup dənizçiyə "Tərəqqi" medalı verilib
21:05 Dağlıq Qarabağa səfər edən nümayəndə heyəti Bakıya gəlib
20:44 İtaliyadakı partlayış nəticəsində həlak olanların sayı artıb
20:40 Seulda Kim Çen İrin portretləri yandırıldı
20:33 Polşa prezidentinin Azərbaycana iki günlük rəsmi səfəri başa çatıb
20:23 Pakistanda hərbi helikopter qəzaya uğrayıb
20:15 Sankt-Peterburqda “Boeing-737” təyyarəsi qəzalı eniş etmək məcburiyyətində qalıb
20:11 Azərbaycan prezidenti amerikalı həmkarını ABŞ-ın müstəqillik günü münasibətilə təbrik edib
20:00 “Obamanın səfərindən çox şey gözləyirik”
19:54 Əfqanıstanda partlayış baş verib
19:44 Moskva Kuril adaları ilə bağlı məsələyə reaksiya verdi
19:36 Türkiyə XİN başçısı «Nabukko» layihəsini ölkəsinin enerji prioriteti kimi dəyərləndirib
19:25 Azərbaycanın Rusiyadakı səfiri Ermənistan prezidenti ilə görüşüb
19:20 Qusar rayonunda Dağıstan gəncləri günü keçiriləcək
19:08 Bakıda ilk dəfə olaraq milli kabab festivalı keçirilib
18:56 ABŞ və Rusiya hərbi yüklərin tranziti barədə razılıq əldə etməyi planlaşdırır
18:55 ABŞ Rusiyaya qarşı müharibəyə başlaya bilər
18:40 “Bakı”nın növbəti transferi Aleksandr Soliç oldu
18:26 Goranboyda Kəlbəcərdən olan məcburi köçkünlər üçün 596 evlik qəsəbə tikilir
17:55 Paralimpiyaçılarımız Avropa çempionatında mübarizəyə qoşulublar
17:33 İçərişəhər dövlət tarix-memarlıq qoruğu idarəsi «Meydan bazarı» adlı yeni layihəyə start verir
17:24 MTN Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərini qeyri-qanuni çap edən şəxsi həbs edib
17:22 Ermənistan Milli Konqresi paytaxt İrəvanda növbəti mitinqini keçirib
17:09 “Nabucco” üzrə saziş iyulun 13-də imzalanacaq
17:05 Kamara “Olimpik-Şüvəlan”la müqavilə imzalayıb
17:01 Mariya Kaçinska Azərbaycan muğamını dinləyib
16:51 Maykl Çeksonu əfsanəvi ABBA qrupu əvəzləyə bilər
16:46 Bakının bolşeviklərdən azad edilməsindən 91 il ötür
16:39 Britaniya səfirliyinin əməkdaşları məhkəmə qarşısına çıxacaq
16:30 Lex Kaçinski Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşüb
16:25 “İstənilən sülh müharibədən yaxşıdır”
16:22 ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri ilə görüşüb
16:03 Rəşid Qaysanov müvəqqəti olaraq İnquşetiyanın prezidenti olub
15:58 Dövlət buğda idxalına nəzarəti gücləndirəcək
15:47 Rusiyada qətl planı hazırlamaqda təqsirləndirilən həmyerlimiz həbs edilib
15:40 İyun ayında ərzaq məhsullarının qiyməti dəyişməyib
15:39 Yunusbəy Evkurov komadan çıxdı
15:38 Gəncə və Bakı şəhərlərində narkotik satışı ilə məşğul olan şəxslər tutulub
15:07 Dərinözüllü metro stansiyalarında köməkçi çıxışlar inşa ediləcək
15:04 Horadiz sakini Baş Mil su kanalında boğulub
15:01 Qarabağda səfərdə olan nümayəndə heyəti Serj Sarkisyanla görüşə yollanıb
14:46 Avropa Birliyi ümumi idarə orqanı yaradacaq
14:42 Azərbaycanlı pəhləvan erməni güləşçısını məğlub edib
14:39 Həftəsonu havanın temperaturu 32 dərəcəyə qalxacaq
14:36 Artur Rasizadə Rumıniyanın iqtisadiyyat naziri ilə görüşüb
14:29 Metrodakı ticarət obyektləri yığışdırılmayacaq
14:28 "Ermənistan ikitərəfli əlaqələrin bərpası istiqamətində Türkiyədən praktiki addımlar gözləyir"
14:25 Polad Bülbüloğlu Dağlıq Qarabağın separatçı rejimin prezidenti Bako Saakyanla görüşüb
14:21 Lex Kaçinski Şəhidlər Xiyabanını ziyarət edib
 
©  2006-2009 ANS-PRESS Rambler's Top100 Back to top ^^