|
Elm / 21.11.2008 21:48 Kənd Təsərrüfatı Akademiyasına rektor təyin edilib
Keçmiş rektor vəfat etdikdən sonra boş qalmış vəzifəni Mirdaməd Sadıqov tutub
Prezident İlham Əliyevin sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru təyin edilib. Xatırladaq ki, AKTA-nın rektoru Məmmədtağı Cəfərov 2007-ci ildə vəfat edib və o vaxtdan akademiyanın rektoru vəzifəsi boş qalıb. Yeni rektor Mirdaməd Sadıqov iqtisad elmləri doktoru, professordur və Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru işləyib. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|