|
İdman / 21.11.2008 18:29 Romada Beynəlxalq Kanoe Federasiyasının Konqresi keçiriləcək
Azərbaycanı Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov təmsil edəcək
Noyabrın 28-də İtaliyanın paytaxtı Romada Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXII Konqresi keçiriləcək. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə iki gün davam edəcək toplantıda, Azərbaycanı Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov təmsil edəcək. İclasda İCF prezidenti Ulrix Feldhoff, baş katib Simon Tulson, qurumun vitse-prezidentləri, qitələr üzrə assosiasiyaların təmsilçiləri, İşçi Qrup, komissiya rəhbərləri və digər sahələr üzrə məsul şəxslərin hesabatları dinləniləcək. Həmçinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında kayak, kanoe və kayak-kanoe slalom növləri üzrə yarışların nəticələri təhlil olunacaq, 2009 – 2011-ci illərdə keçiriləcək dünya çempionatlarına hazırlıq haqda məruzələr ediləcək. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|