|
İç Xəbər / 21.11.2008 16:55 Yaxın üç gün ərzində respublika ərazisində yağış yağmayacaq
Temperaturun iqlim normasından yüksək olacağı gözlənilir
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESSə verilən məlumata görə, noyabrın 22-dən 24-dək respublika ərazisində dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Noyabrın 23-dən cənub-qərb küləyi əsəcək. Arabir ayrı-ayrı yerlərdə küləyin sürətinin güclənəcəyi gözlənilir. Ölkə ərazisində temperaturun iqlim normasından yüksək olacağı gözlənilir. Abşeron yarımadasında və mərkəzi aran rayonlarında temperaturun 22 dərəcəyədək, dağlıq ərazilərdə 18 dərəcəyədək yüksələcəyi gözlənilir.
Röya Rəfiyeva /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|