|
Kriminal / 21.11.2008 16:41 Sabirabad sakinindən külli miqdarda narkotik maddə götürülüb
Ulacalı kənd sakini Əlisəfa Yusubovun həyətyanı sahəsinə baxış zamanı altı kiloqram marixuana aşkar edilib
Sabirabad rayonunda kənd sakinindən külli miqdarda narkotik maddə götürülüb. Noyabrın 20-də Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Ulacalı kənd sakini Əlisəfa Yusubovun həyətyanı sahəsinə baxış zamanı 6 kiloqram marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|