|
İç Xəbər / 21.11.2008 15:49 Daxili İşlər Nazirliyində daxili işlər orqanlarının bir qrup əməkdaşına yüksək dövlət mükafatları təqdim edilib
Ramil Usubov təltif olunanlara orden və medalları, eləcə də fərqlənmə nişanlarını və vəsiqələrini təqdim edib
DİN-in mətbuat xidmətinin məlumatına görə, mərasimi giriş sözü ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov açaraq Azərbaycan Polisinin 90 illik yubileyi ərəfəsində möhtərəm Prezident İlham Əliyevin sərəncamları ilə ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün qorunmasında, ictimai qayda və ictimai təhlükəsizliyin təminatında, cinayətkarlıqla mübarizədə fərqlənmiş bir qrup əməkdaşın yüksək dövlət mükafatlarına layiq görüldüyünü xatırladıb və tədbirin dövlət başçısının tapşırığına əsasən keçirildiyini bildirib.
Daha sonra Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Novruz Novruzov nazirliyə dəvət olunmuş daxili işlər orqanları əməkdaşlarının siyahısını elan edib, nazir, general-polkovnik Ramil Usubov təltif olunanlara orden və medalları, eləcə də fərqlənmə nişanlarını və vəsiqələrini təqdim edib. Mərasimə yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov təltif olunanları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və öz adından bir daha təbrik edib, onların dövlətçiliyə və anda bundan sonra da sədaqətlə xidmət edəcəklərinə, cinayətkarlıqla uğurlu mübarizədə və ictimai asayişin nümunəvi təminində bütün qüvvə və bacarıqlarını əsirgəməyəcəklərinə, yüksək etimadı doğruldacaqlarına əminliyini bildirib, cansağlığı və yeni-yeni uğurlar arzulayıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|