|
Hadisə / 21.11.2008 15:07 Yasamal rayonunda VAZ 2106 yoldan çıxaraq binaların arasına düşüb
Hadisə nəticəsində sürücü bədən xəsarəti alıb, avtomobil əzilib, bir neçə mənzil zədələnib
Bu gün paytaxtın Yasamal rayonunda, «Günəş petrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, «Vaz 21 06» markalı avtomobil "İnşaatçılar" metrosunun yaxınlığında yoldan çıxaraq səkiyə çırpılıb. Sürət yüksək olduğu üçün maşın səkini aşıraraq iki binanın arasına yuvarlanıb. Hadisə nəticəsində sürücü bədən xəsarəti alıb, avtomobil əzilib, bir neçə mənzil zədələnib. Maşın artıq kran vasitəsilə binaların arasından çıxarılıb. Faktla bağlı araşdırma aparılır və qəzanın səbəbləri dəqiqləşdirilir.
Röya Rəfiyeva /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|