|
Kriminal / 21.11.2008 13:01 Balakəndə ər keçmiş arvadının başını kəsib
Hadisənin qısqanclıq zəminində törədildiyi güman edilir
Bu gün Balakəndə qətl hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, rayon sakini, 47 yaşlı Teymur Borbaşov keçmiş həyat yoldaşı, 45 yaşlı Ayzənət Əhmədovanın boğazını bıçaqla kəsərək öldürüb. Balakən rayon prokurorunun köməkçisi Rəfael Zeynalovun verdiyi məlumata görə, artıq T.Borbaşov tutulub. Faktla bağlı araşdırma aparılır. Hadisənin qısqanclıq zəminində törədildiyi güman edilir. Röya Rəfiyeva/ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|