|
Siyasət / 20.11.2008 23:35 «Ermənistan fürsət pəncərəsini doğru dəyərləndirməlidir»
Əli Babacan: «Vaxt gələr və bu pəncərə bağlana bilər»
«Ermənistanla münasibətlərdə fürsət pəncərəsi doğru dəyərləndirilməlidir». Bunu Türkiyənin xarici işlər naziri Əli Babacan Rumıniyada həmkarı Lazar Komanesku ilə görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə ilə Ermenistan arasındaki problemlərin həlli üçün normal şərait yaranıb: «Əlaqələrin sürətlə normallaşması üçün fürsət pəncərəsi açıq ikən bütün tərəflər tələsməlidir. Zaman gələr və bu fürsət pəncərəsi bağlana bilər». Əli Babacan jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün İstanbula səfər edəcək Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla noyabrın 24-də görüşəcək. Onun sözlərinə görə, Türkiyənin hədəfi əlaqələrin tam normallaşmasıdır. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|