|
İdman / 20.11.2008 23:23 Kişi şahmatçılarımız heç-heçə etdi, qadınlar isə qalib gəldi
Dünən erməni şahmatçısına məğlub olan Şəhriyar Məmmədyarov bu gün də ingilis Naycel Şorta uduzub
Şahmat üzrə dünya olimpiadasının 7-ci turunda kişilərdən ibarət Azərbaycan yığması İngiltərə millisi ilə 2:2 hesablı heç-heçə edib. Şahmatçılarımızdan Teymur Rəcəbov və Qədir Hüseynov görüşlərdən sülhlə ayrılıb. Dünən Ermənistan şahmatçısına uduzan Şəhriyar Məmmədyarov bu gün də ingilis Naycel Şorta məğlub olub. Lakin Vüqar Həşimovun Devid Houellə qalib gəlməsi yığmamızı məğlubiyyətdən xilas edib. Kişilərdən ibarət yığmalar arasında digər maraqlı oyunlarda aşağıdakı nəticələr qeydə alınıb: Ermənistan- Rusiya 2,5:1,5 Almaniya(1)-Rumıniya 2,5:1,5 Çin- Ukrayna - 2:2 ABŞ- Macarıstan 2,5:1,5 Hindistan-Fransa - 1,5:2,5 İsrail-İspaniya 3:1 Qadınlardan ibarət yığmamız isə Slovakiya millisinə qalib gəlib-2,5:1,5. Zeynəb Məmədyarova rəqibi Eva Repkovaya məğlub olsa da, Nərgiz Umudova və Xəyalə İsgəndərovanın qələbəsi millimizi hesabda irəli çıxarıb. Nərmin Kazımova isə heç-heçə oynayıb. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|