|
İqtisadiyyat / 20.11.2008 20:39 Bu gün neftin qiymətində növbəti rekord ucuzlaşma qeydə alınıb
Nyu-York birjasında "Texas" markalı qara qızılın bareli günün birinci yarısında 50 dollardan da ucuz satılıb
Neftin ucuzlaşmasında növbəti rekrord qeydə alınıb. Bu gün Nyu-York birjasında "Texas markalı" qara qızılın bareli günün birinci yarısında 50 dollardan da ucuz satılıb. Amma daha sonra bir qədər bahalaşaraq 51 dollar 26 sentə təklif olunub. Hazırda bir barrel neftin qiyməti 50.84 dollara satılır. “Azərilayt” markalı Azərbaycan nefti isə dünənki hərraclarda 50 dollar 34 sentə satılıb. Maliyyə bazarlarında dolların avroya nəzərən məzənnəsi aşağı düşüb. Ən son məlumatlara görə, Avropanın vahid valyutası 1 dollar 25 sentə dəyişdirilir. Qızılın unsiyası isə 743 dollara və ya qramı 23 dollara təklif olunur. /ANS TV/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|