|
Siyasət / 20.11.2008 18:45 Serj Sarkisiyan müxalifətlə Qarabağ problemini müzakirə edib
İrəvanda keçirilən görüşdə Ter Petrosyan iştirak etməyib
Ermənistan prezidenti Serj Sarkisiyan siyasi partiyaların rəhbərləri ilə Qarabağ münaqişəsini müzakirə edib. "Medimax" agentliyinin xəbərinə görə, İrəvanın mərkəzində yerləşən idman və sərgi sarayının konfrans salonunda keçirilən görüşdə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ probleminin həlli yolları ilə bağlı müzakirələr aparılıb. Müxalifətin liderlərindən sayılan eks prezident Levon Ter-Petrosyanın iştirak etmədiyi görüşdə 10 siyası partiyanın lider və təmsilçiləri iştirak edib. Serj Sarkisiyan Rusiyanın "İnterfaks" agentliyinə verdiyi açıqlamada, aparılan müzakirələrin məlum mövzular üzərində ortaq mövqe nümayiş etdirməyə köməklik göstərəcəyini bildirib. Qeyd edək ki, erməni müxalifəti Qarabağla bağlı məsələlərin mətbuata açıqlanmadığını bildirərək, problemin həll olunması üçün Ermənistan iqtidarının güzəştlərə getdiyini deyirdilər. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|