|
Yol / 20.11.2008 17:11 «Azərbaycan XXI əsrdə - uğurun strategiyası» mövzusunda keçirilən beynəlxalq konfransı öz işini başa vurub
Məruzəçilər regionda sülh və əmin-amanlığın bərqərar olması üçün prezident İlham Əliyevin yürütdüyü siyəsəti bəyəndiklərini vurğulayıblar
Yeni Azərbaycan Partiyasının (YAP) proqramı ölkənin uğurlu inkişafının əsasıdır. Bu haqda YAP-ın icraçı katibi Əli Əhmədov «Azərbaycan XXI əsrdə - uğurun strategiyası» mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən belə deyib. YAP-ın Azərbaycanın siyasi sistemində bir partiya olaraq rolundan danışan Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın çoxpartiyalı sistemə malik olması cəmiyyətin siyasi palitrasının rəngarəngliyinin bariz nümunəsidir. «15 oktyabr seçkilərində YAP nümayəndəsinin prezident seçilməsini partiyamızın ən uğurlu qələbəsi adlandırmaq olar». Tədbirdə çıxış edən 22 məruzəçinin hər biri Azərbaycanın Qara dəniz-Xəzər regionunda dostluq və mehriban qonşuluq siyasətindən danışıblar. Məruzəçilər regionda sülh və əmin-amanlığın bərqərar olması üçün prezident İlham Əliyevin yürütdüyü siyəsəti bəyəndiklərini vurğulayıblar. Tədbirin sonunda dəyirmi masa iştirakçıları bəyanat imzalayıblar. Bəyanatda bildirilib ki, dəyirmi masada iştirak edən 4 ölkənin 60 nümayəndəsi - RF-nin Dövlət Dumasının, RF Prezident Administrasiyasının, Qazaxstan, Gürcüstan və İran İslam Respublikasının nümayəndə heyətləri, eləcə də Azərbaycan PA-nın İcra Aparatının nümayəndələri, politoloqlar, Milli Məclisin deputatları, müstəqil ekspertlərinin iştirakı ilə keçirilən müzakirələrdə günün tələblərindən irəli gələn məsələlər, o cümlədən Dağlıq Qarabağ problemi diqqət mərkəzində olub. Dəyirmi masa iştirakçıları bəyanatda regionda Azərbaycanını gördüyü işlərin önəmini təqdirəlayiq hesab ediblər. Gülnaz Qənbərli \ANSPRESS\
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|